İstifadəçi Razılaşması — Oferta

Bakı şəhəri

Bu Razılaşma birlikdə “Tərəflər”, ayrılıqda bir tərəfdən “Administrasiya” adlandırılacaq “Inloya” internet resursunun və mobil əlavənin (platforma) sahibi “Frazex” MMC, digər tərəfdən “İstifadəçi” adlandırılacaq platformanın və xidmətlərin istifadəçiləri arasında aşağıdakı razılaşdırılmış şərtləri müəyyən edir.

1. Anlayışlar

1.1. Bu Razılaşmada bunlarla məhdudlaşmayan aşağıdakı anlayışlardan istifadə olunur:
Platforma – inloya.com veb ünvanında yerləşdirilmiş internet resursu, müxtəlif əməliyyat sistemləri əsasında internet resursuna əlavələr və başqa xidmətlər, mobil əlavə, proqram təminatı, habelə Administrasiya və İstifadəçi tərəfindən yerləşdirilmiş məlumat bazasından ibarət olan informasiya sistemidir.
Administrasiya – Platforma üzərində mülkiyyət hüquqlarına və onu idarəetmə səlahiyyətlərinə malik olan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçmiş və fəaliyyət göstərən, “Frazex” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
İstifadəçi – razılaşma şərtlərini qəbul etmiş və platformanın xidmətlərindən istifadə edən 18 yaşına çatmış və ya emansipasiya olunmuş istənilən fəaliyyət qabiliyyətli fiziki şəxs və ya qanunvericiliyə uyğun şəkildə qeydiyyatdan keçmiş və fəaliyyət göstərən hüquqi şəxsdir.
Müştəri – İstifadəçi tərəfindən platforma üzərindən yerləşdirilən və ötürülən məlumatlardan istifadə edən və aksiyalardan, loyallıq proqramından, habelə İstifadəçinin mal və xidmətlərindən faydalanmaq üçün platformanın xidmətlərindən istifadə edən istənilən fiziki və hüquqi şəxslərdir;
İstifadəçinin şəxsi məlumatları – İstifadəçinin qeydiyyat vaxtı və ya platformanın xidmətlərindən istifadə edərkən sərbəst şəkildə özü haqqında təqdim etdiyi şəxsi məlumatlar daxil olmaqla istənilən informasiya, Platformadan istifadə prosesində Administrasiyaya avtomatik olaraq ötürülən məlumat, o cümlədən IP-ünvan, cookie-dən məlumat, İstifadəçinin brauzeri haqqında və İstifadəçi haqqında başqa məlumatlardır.
Şəxsi kabinet – İstifadəçi tərəfindən qeydiyyat nəticəsində yaradılan istifadəçinin şəxsi məlumatlarını, parol, göndəricini adını, habelə digər əməliyyatları barədə məlumatları saxlayan və İstifadəçiyə onlara dəyişiklik etmək imkanı verən platformanın qorunan səhifələrinin məcmusudur.
Loyallıq proqramı – Müştərilərdə İstifadəçinin mal və xidmətlərinə loyallığı artıran platformanın funksionallığıdır: loyallıq proqramına endirim, endirim-yığım, bonus, cashback, koalisiya,abunə- üzvlük proqramları aid edilə bilər. Aksiya – İstifadəçi tərəfindən satış dövriyyəsinin artırılması məqsədi ilə həyata keçirilən tədbirdir.
Kupon – Platformanın aksiya bölməsinin fiks xidmətlərə görə müşətərilərin mükafatlandırılması prinsipi ilə işləyən funksionalıdır;
Vauçer – Platformanın aksiya bölməsinin təkrarlanan əməliyyatlara görə müştərilərin mükafatlandırılması prinsipi ilə işləyən funksionalıdır;
Endirim – Platformanın aksiya bölməsinin konkret alış-verişə görə mükafatlandırılması prinsipi ilə işləyən funksionalıdır;
InLoya Vendor App – Satıcı tərəfindən loyallıq kartında, vauçerlərdə, kuponlarda və endirim kartlarındakı QR kodları oxumağa (scan) imkan verən proqram təminatıdır;
Spam – alanlar tərəfindən kütləvi, icazə verilməyən və/və ya gözlənməyən reklam, informasiya, təşviqat və ya başqa xarakterli poçt və başqa göndərilmələrdir.


2. Razılaşmanın predmeti
2.1. Administrasiya İstifadəçiyə platformadan və platformanın funksional xidmətlərindən istifadə üçün qeyri-müstəsna (sadə) lisenziya verir, İstifadəçi isə Razılaşmada nəzərdə tutulan qaydada və müddətlərdə xidmətlərin haqqını ödəyir.
2.2. Bu Razılaşma ictimai ofertadır və İstifadəçı anlayır və razılaşır ki, onun aksept edilməsi ilə Razılaşma bağlanmış hesab olunur və həmin andan hüquqi qüvvəyə minir.
2.3. Platformadan və platformanın funksional xidmətlərindən istifadə üçün qeyri-müstəsna (sadə) lisenziya bu Razılaşmanın şərtlərinə uyğun olaraq İstifadəçi tərəfindən xidmət haqqının ödənildiyi tarixdən verilmiş hesab olunur.


3. Platformada qeydiyyat
3.1. Platformada qeydiyyatdan keçdikdən sonra İstifadəçi platformanın xidmətlərindən istifadə hüququ əldə edir.
3.2. Qeydiyyatdan keçərkən İstifadəçinin şəxsi məlumatları göstərilir. Platformada bir göndərici adı və elektron poçt ünvanı ilə yalnız bir dəfə qeydiyyatdan keçilə bilər. İstifadəçi şəxsi kabinetindəki şəxsi məlumatlarını dəyişə bilər.
3.3. İstifadəçi öz şəxsi məlumatlarının məxfiliyini qorumalı və onları 3-cü şəxslərə yaymamalıdır. Qanunvericiliyə uyğun olaraq, İstifadəçinin maraqlarını təmsil etmək və onun adından çıxış etmək hüququ əldə etmiş şəxslər istisna olmaqla, İstifadəçi platformaya giriş üçün öz şəxsi məlumatlarını birbaşa və ya dolayı yolla 3-cü şəxslərə vermək hüququna malik deyildir.
3.4. İstifadəçinin şəxsi kabinetindəki məlumatlardan istifadə edilməklə həyata keçirilən istənilən hərəkətlər İstifadəçinin özü və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən həyata keçirilmiş hesab olunur və həmin hərəkətlər nəticəsində bu Razılaşmanının və qanunvericiliyin tələblərinin pozulmasına görə İstifadəçi şəxsən məsuliyyət daşıyır.
3.5. İstifadəçinin şəxsi məlumatlarının yayılması və ya 3-cü şəxslər tərəfindən əldə olunması şübhələri olduqda özü tərəfindən və ya Administrasiyanın tələbi ilə İstifadəçi dərhal şəxsi kabinetində şəxsi məlumatlarını dəyişməlidir.
3.6. Administrasiya təminat vermir ki, İstifadəçilər qeydiyyat məlumatlarında göstərilən fiziki və ya hüquqi şəxslərdir və onlar əsl kimliklərini göstərmişlər. Administrasiya İstifadəçilərin şəxsi kabinetdə qeyd etdikləri məlumatların doğruluğuna görə məsuliyyət daşımır. Bu cür məlumatların doğruluğuna, başqa şəxslərin intellektual mülkiyyət hüquqlarının pozulmasına, əmtəə nişanı və firma adlarından istifadəyə görə İstifadəçilər Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin pozulmasına görə şəxsən məsuliyyət daşıyırlar.
3.7. Administrasiya İstifadəçi tərəfindən qeydiyyat zamanı verilən məlumatların yoxlanması üçün xüsusi vasitələrdən istifadə etmək və İstifadəçinin şəxsi kabinetinə girişini bloklaşdırmaq hüququnu özündə saxlayır.
3.8. Administrasiya tərəfindən platformaya girişi bloklaşdırılmış və xidmətlərdən istifadə hüququ dayandırılmış İstifadəçi platformada yenidən qeydiyyatdan keçmək və ya xidmətlərdən istifadə etməsi üçün başqa İstifadəçinin qeydiyyat məlumatlarından istifadə etmək hüququna malik deyildir.
3.9. Administrasiya qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, İstifadəçinin qeydiyyat zamanı təqdim etdiyi şəxsi məlumatların 3-cü şəxslərə verilməməsinə zəmanət verir.


4. Platformadan və xidmətlərdən istifadə
4.1. Administrasiya Platformanın funksionallığı və imkanlarından istifadə etməklə İstifadəçilərin malları və xidmətlərinin satışının stimullaşdırılması, dövriyyəsinin artırılması üçün loyallıq proqramının yaradılmasını, aksiyaların tətbiq edilməsini və bu Razılaşmada qeyd olunan kommunikasiya kanalları ilə İstifadəçilərin mövcud müştərilərinə və 3-cü şəxslərə avtomatik çatdırılmasını təmin edir.
4.2. Platformanın xidmətlərindən istifadə edilməsi üçün İstifadəçi şəxsi kabinetə müştərilərinin siyahısını və onlar barədə məlumatları (adı, elektron poçt ünvanı, telefon nömrələri, ünvanı və s.) platformada müəyyən edilmiş formatda yükləməlidir.
4.3. İstifadəçi platformanın imkanlarından istifadə etməklə şəxsi kabinetində müştərilər üçün loyallıq proqramı və kupon, vauçer, endirim funksionallığından ibarət olan aksiyalar yarada bilər.
4.4. İstifadəçinin malları və xidmətləri, loyallıq proqramı, tətbiq etdiyi aksiyalar barədə məlumatlar İstifadəçinin qeydiyyatdan keçirdiyi göndərici adı ilə müştərilərinə və 3-cü şəxslərə avtomatlaşdırılmış qaydada aşağıdakı kommunikasiya kanalları vasitəsi ilə çatdırılır:
4.4.1. Mail göndərmə;
4.4.2. Push-Bildirişlər;
4.4.3. Sosial şəbəkə vasitəsi ilə göndərmə;
4.4.4. SMS göndərmə - göndəricinin qısaldılmış adı ilə.
4.5. İstifadəçi tərəfindən müştərilərinin eyniləşdirilməsi və təqdim edilmiş loyallıq kartından, vauçerlərdən, kuponlardan və endirim kartlarından müştərinin faydalanmasını təmin etmək məqsədi ilə Administrasiya İstifadəçini InLoya Vendor App proqram təminatının xidmətləri ilə də təmin edir.
4.6. İstifadəçinin mallar və xidmətləri, loyallıq proqramı və tətbiq etdiyi aksiyalar barədə məlumatları dərc etmək və İstifadəçinin müştərilərinə, 3-cü şəxslərə çatdırılması hüququnun Administrasiya tərəfindən alınması məqsədi ilə İstifadəçi Administrasiyaya hər yerdə qüvvədə olan, müddətsiz, qaytarılmaz, qeyri-müstəsna istifadə, yayılma, nəşr, yığım, işlənmə, nümayiş, surət çıxarma, təkrarlama hüququnu, məlumatların, təsvirlərin, şəkillərin, video və audio materialların, məlumat bazalarının, nəşrlərin, müəllif hüquqlarının və intellektual mülkiyyət hüquqlarının, həmçinin İstifadəçi tərəfindən bütün məlum olan və ya məlum olmayan informasiya daşıyıcılarında istənilən başqa informasiyanın yenidən hasili hüququnu əvəzsiz verir.
4.7. İstifadəçi bəyan edir ki, o, müştərilərini platforma vasitəsi ilə məlumatlandırdığı mallar və xidmətlərin satışı ilə bağlı qanunvericiliklə nəzərdə tutulan bütün lazımı hüquqlar, icazələr və lisenziyalara malikdir, həmin mallar və xidmətlər qanunvericiliklə dövriyyəsi qadağan olunan və ya məhdudlaşdırılan malların və xidmətlərin kateqoriyasına aid deyildir, tətbiq etdiyi loyallıq proqramı və aksiyalar etibarlıdır, həqiqətə uyğundur, istehlakçıların hüquqlarının pozulmasına yönəlməmişdir, əxlaqın hamı tərəfindən qəbul edilmiş normalarına zidd deyildir, 3-cü şəxslərin intellektual mülkiyyət hüquqlarını pozmur. İstifadəçi bununla bağlı qanunvericiliyin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin pozulmasına və 3-cü şəxslərin hüquqlarının pozulmasına görə şəxsən məsuliyyət daşıyır və 3-cü şəxslərin iddialarından irəli gələn mübahisələrə Administrasiyanı cəlb etməyəcəkdir.
4.8. Administrasiya İstifadəçinin tətbiq etdiyi loyallıq proqramının və aksiyaların etibarlığı, həqiqətə uyğun olması, 3-cü şəxslərin intellektual mülkiyyət hüquqlarını pozmamasını müəyyən etmək iqtidarında deyildir və bununla bağlı İstifadəçinin hərəkətlərinə görə 3-cü şəxslər qarşısında məsuliyyət daşımır. Administrasiya İstifadəçi tərəfindən tətbiq edilən loyallıq proqramı və aksiyalarda qanunvericiliyin tələblərinin və 3-cü şəxslərin hüquqlarının pozulması halları, qeyri-dəqiqlik, sui-istifadə aşkar etdikdə İstifadəçidən verilmiş məlumatlarda, loyallıq proqramında və aksiyalarda düzəliş edilməsini tələb etmək, onların İstifadəçinin müştərilərinə və 3-cü şəxslərə çatdırılmasını dayandırmaq və ya xidmətin göstərilməsindən imtina etmək hüququna malikdir. Bu halda İstifadəçi tərəfindən xidmətin ödənilmiş dəyəri Administrasiya tərəfindən İstifadəçiyə qaytarılmır.


5. Tərəflərin öhdəlikləri
5.1. Administrasiyanın öhdəlikləri:
5.1.1. İstifadəçi tərəfindən xidmət haqqının ödənildiyi tarixdən platformadan və platformanın funksional xidmətlərindən istifadə üçün İstifadəçiyə qeyri-müstəsna (sadə) lisenziya vermək;
5.1.2. 24 saatdan artıq olmayan profilaktik tədbirlərin görülməsi istisna olmaqla, İstifadəçinin platformadan gündəlik və bütün sutka ərzində istifadə edə bilməsi üçün şərait və imkanları yaratmaq;
5.1.3. Administrasiyanın təqsirindən baş vermiş hallarda platformada baş verən qüsur, nasazlıq və fasilələri ən qısa zamanda, lakin 24 saatdan artıq olmayan müddətdə aradan qaldırmaq;
5.1.4. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, İstifadəçinin qeydiyyat zamanı təqdim etdiyi şəxsi məlumatları 3-cü şəxslərə verməmək və onları yaymamaq;
5.1.5. Administrasiyanın səhvindən tamamlanmamış və ya baş tutmamış, lakin İstifadəçi tərəfindən ödənilmiş xidmətin dəyərini İstifadəçiyə geri ödəmək;
5.1.6. Bu Razılaşmada nəzərdə tutulan digər öhdəlikləri yerinə yetirmək.
5.2. İstifadəçinin öhdəlikləri:
5.2.1. Platformadan və xidmətlərdən istifadəyə görə xidmət haqqını vaxtında Administrasiyaya ödəmək;
5.2.2. Eyni və ya oxşar xidmətlər göstərən internet resursları və ya platformaları reklam etməməyi, loyallıq proqramlarında, aksiyalarında və müştərilərinə, 3-cü şəxslərə ötürülən məlumatlarda onlara istinad etməməyi;
5.2.3. Platformanın infrastrukturunu böyük yüklənməyə gətirib çıxara bilən heç bir hərəkət etməməyi, Administrasiyanın ilkin yazılı icazəsi olmadan Platformada olan informasiyanı köçürməməyi, təkrar etməməyi, dəyişdirməməyi, yaymamağı və ictimaiyyətə təqdim etməməyi, platformaya girişə mane olmaq və ya məhdudlaşdırmaq məqsədi ilə platformanın işinə mane olmamağı, həmçinin avtomatik sistemlərin və ya proseslərin hərəkətinə mane olmamağı;
5.2.4. Platforma üzərindən şəxsi kabinetindən istifadə etməklə verdiyi məlumatlarda və hərəkətlərində aşağıdakıların olmamasını:
- yanlışlıq, qeyri-dəqiqlik və ya aldatma;
- dələduzluğa, aldatmağa və ya etimaddan sui-istifadəyə imkan yaratma;
- oğurluq və ya saxta əşyalarla sazişlərin bağlanmasını aparma;
- üçüncü şəxsin mülkiyyətini pozmaq və ya onun ticarət sirrinə və ya onun şəxsi həyatının toxunulmazlıq hüququna qəsd etmə;
- özündə kiminsə şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu təhqir edən məlumatları saxlama;
- böhtan və ya təhdid xarakterli məlumatlar və bəyanatlar;
- cinayətin törədilməsinə çağırma, həmçinin millətlərarası düşmənçiliyi qızışdırma;
- terror və ekstremist fəaliyyətə çağırmaq və ya dəstəkləmək;
- əxlaqsız və ya pornoqrafik xarakterli məlumatları və ya materialları yaymamaq;
- özündə kompüter viruslarını saxlamaq, həmçinin də başqa kompüter proqramları, xüsusi halda, ziyanın çəkilməsinə, səlahiyyətsiz müdaxiləyə, gizli ələ keçirməyə və ya istənilən sistemin məlumatlarının və ya sistemin özünün, və ya onun hissəsinin, və ya şəxsi informasiyanın və ya başqa məlumatların (Servisin məlumatları daxil olmaqla) mənimsənməsinə yönəldilmiş;
- istehlakçıların hüquqlarını pozan, bazarı və rəqabəti məhdudlaşdıran məlumatlar;
- üçüncü şəxslərin intellektual mülkiyyət hüquqlarını pozmaq;
- Qanunvericiliyin və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərini pozmaq.
5.2.5. Bu Razılaşmada nəzərdə tutulan digər öhdəlikləri yerinə yetirmək.


6. Ödəniş və hesablaşma qaydası
6.1. Platformanın ödənişli xidmətlərinə 50 müştəriyə xidmət, 0 SMS göndərmə, 0 mail göndərmə, 0 min push-bildiriş ibarət olan “Free” paketi və 300 müştəriyə xidmət, 0 SMS göndərmə, 0 mail göndərmə, 0 min push-bildiriş, ibarət olan “Mikro Biznes” paketi və 1000 müştəriyə xidmət, 100 SMS göndərmə, 1000 mail göndərmə, 10 min push-bildiriş ibarət olan “Small Biznes” paketi və 10000 müştəriyə xidmət, 1000 SMS göndərmə, 5000 mail göndərmə, 50 min push-bildiriş, ibarət olan “Medium Biznes” paketi daxildir. Bütün paketlər üzrə xidmətlər bir ay qüvvədər və müddət başa çatdıqdan sonra paket üzrə istifadə olunmayan qalıq xidmətlər sıfırlanır. Bu halda İstifadəçi bu Razılaşmanın 6.2 və 6.3-cü bəndlərində nəzərdə tutulan qaydada ödəniş etməklə paketi yeniləyə və ya digər paket üzrə xidmətləri əldə edə bilər.
6.2. “Mikro Biznes” paketinin aylıq xidmət haqqı 49 (qırx doqquz) Azərbaycan manatı,“Small Biznes” paketinin aylıq xidmət haqqı 149 (yüz qırx doqquz) Azərbaycan manatı, “Medium Biznes” paketinin aylıq xidmət haqqı 199 (yüz doxsan doqquz) Azərbaycan manatı təşkil edir. İstifadəçi tərəfindən illik tam ödənişin əvvəlcədən həyata keçiriləcəyi halda “Mikro Biznes” paketinin illik xidmət haqqı 490 (dörd yüz doxsan) Azərbaycan manatı, “Small Biznes” paketinin illik xidmət haqqı isə 1590 (bir min beş yüz doxsan) Azərbaycan manatı təşkil edəcəkdir “Medium Biznes” paketinin illik xidmət haqqı isə 1990 (bir min doqquz yüz doxsan) Azərbaycan manatı təşkil edəcəkdir. İllik xidmət haqqının tam ödənişi, habelə birinci aylıq xidmət haqqının ödənişi İstifadəçi tərəfindən əvvəlcədən platformaya qoşulduqdan 5 iş günü ərzində, növbəti aylarda isə hər ayın _____ kimi onlayn ödəniş sistemləri vasitəsi ilə və ya Administrasiyanın ödəmə məntəqəsində və ya səlahiyyətli şəxslərinə nağd qaydada həyata keçirilir. 6.3. Xidmət paketindəki limit başa çatdıqda və ya İstifadəçinin əlavə tələbatı olduqda İstifadəçi platformada nəzərdə tutulan qaydada və tariflərə uyğun balansını artıra bilər.
6.4. İstifadəçinin xidmət haqqının ödənişi öhdəliyinin icrası anı pul vəsaitinin Administrasiyanın hesabına daxil edildiyi gün hesab edilir.
6.5. Xidmət haqqının ödənişi İstifadəçi tərəfindən 5 iş günündən artıq gecikdirildikdə, Administrasiya İstifadəçinin şəxsi kabinetini bloklaşdırmaq hüququna, 1 ay müddətində ödənilmədikdə isə Razılaşmanı birtərəfli qaydada ləğv etmək hüququna malikdir.
6.6. İstifadəçi platformanın xidmətlərindən birtərəfli qaydada imtina etdikdə və Razılaşmanın ləğvi barədə Administrasiyaya bildiriş göndərdikdə, ödənilmiş xidmət haqqının dəyərini geri tələb edə bilər. Bu halda istifadə edilmiş hər bir sms, mail və push bildirişin dəyəri 6.3-cü bənddə göstərilmiş dəyərlə xidmət haqqından çıxıldıqdan sonra yerdə qalan məbləğ İstifadəçiyə qaytarıla bilər.
6.7. Bu Razılaşmanın şərtlərinin və öhdəliklərin İstifadəçi tərəfindən kobud şəkildə pozulması nəticəsində Administrasiya tərəfindən Razılaşma birtərəfli qaydada ləğv edildiyi halda ödənilmiş xidmət haqqının dəyəri İstifadəçiyə geri qaytarılmır.



7. Məsuliyyətin məhdudlaşdırılması
7.1. İstifadəçi razılaşır ki, o platformanın xidmətlərindən riskləri və məsuliyyəti öz üzərinə götürməklə istifadə edir.
7.2. Administrasiya İstifadəçi ilə onun müştəriləri və 3-cü şəxslər arasında münasibətlər və mübahisələrin tərəfi deyildir və İstifadəçi platformanın xidmətlərindən istifadə etməklə müştərilərə loyallıq proqramı, aksiyalar barədə məlumatların verilməsi və mal və xidmətlərinin satışı ilə bağlı iddialardan irəli gələn mübahisələri Administrasiyanı cəlb etmədən həll edəcəkdir.
7.3. Administrasiyanın İstifadəçi qarşısında platformanın xidmətlərinin keyfiyyəti və qüsursuzluğu ilə bağlı məsuliyyətinin həcmi bir aylıq xidmət haqqı paketinin dəyəri həcmində məhdudlaşdırılır və İstifadəçi Administrasiyanı əldən çıxmış fayda, dəymiş mənəvi və maddi ziyanla bağlı məsuliyyətdən azad edir.
7.4. İstifadəçi anlayır və razılaşır ki, onun loyallıq proqramı və aksiyalarda qeyd etdiyi məlumatları, əlaqə məlumatları açıqdır və 3-cü şəxslər tərəfindən əldə oluna və yayıla bilər və məlumatların bu cür yerləşdirilməsi ilə bağlı bütün riskləri qəbul edir, o cümlədən, daxil olmaqla, lakin məhdudlaşdırılmadan: spam - mesajların göndərilməsi üçün siyahılara elektron poçt ünvanının düşməsi riski, elektron poçt ünvanının müxtəlif növ dələduzlara düşməsi riski, telefon nömrəsinin SMS-spamerlərə və/və ya SMS-dələduzlara düşməsi riski və məlumatların belə yerləşdirməsindən irəli gələn başqa risklər.
7.5. Platforma üzərindən İstifadəçinin müştərilərinə verdiyi məlumatlar, loyallıq proqramının və aksiyaların məzmunu ilə bağlı, habelə qanunvericiliyin tələblərinin, 3-cü şəxslərin hüquqlarının və intellektual mülkiyyət hüquqlarının pozulmasına görə İstifadəçi şəxsən məsuliyyət daşıyır.


8. Fors-major 8.1. Hazırki Müqavilə üzrə öhdəliklərini yerinə yetirməyən və lazımınca yerinə yetirməyən Tərəf, öhdəliyin yerinə yetirməməsini fors-major hallarının, yəni konkret vaxt hüdudunda meydana gələn qarşısı alınmaz fövqaladə halların səbəbindən baş verməsini sübut etdiyi halda, heç bir məsuliyyət daşımır. Qarşısı alınmaz hallar aşağıdakılardır: təbii fəlakətlər (zəlzələ, daşqın, vulkan püskürməsi, torpaq sürüşməsi, sunami və s.). Müqavilə üzrə öhdəliklərin icra edilmə yerində insan üçün normal həyat fəaliyyəti istisna edən küləyin gücü, hərarəti və çöküntülərin dərəcəsi; icra hakimyyəti orqanlarının moratoriumları və Tərəflərin icra olunmalı öhdəliklər üçün fövqaladə hal kimi müəyyən edə bildikləri digər hallar.
8.2. Fors-major hallarının təsiri altına düşən Tərəf bu barədə digər Tərəfi belə halların başlandığı andan 10 (on) təqvim günü müddətindən gec olmayaraq xəbərdar etməlidir. Digər tərəfi vaxtında xəbərdar etməmə halı fors-major halına əsaslanma hüququ vermir.


9. Digər şərtlər
9.1. Bu Razılaşma-oferta İstifadəçi tərəfindən aksept olunduğu andan qüvvəyə minir və müddətsiz olaraq qüvvədədir.
9.2. Administrasiya istənilən vaxt birtərəfli qaydada bu Razılaşmaya dəyişikliklər edə bilər. İstifadəçi ən azı 2 həftədə bir dəfə ____(link)___ ünvanına daxil olmaqla Razılaşmanın aktual mətni ilə tanış olmalıdır. Razılaşmanın dəyişiklik edilmiş mətninin yerləşdirildiyi andan 2 həftə ərzində və ya mətnlə tanış olduqdan sonra 3 gün ərzində İstifadəçi Razılaşmanın şərtləri ilə razı olmadığını və aksept olunmasından imtina etdiyini bildirmədiyi halda İstifadəçinin Razılaşmaya dəyişiklərlə razı olduğu və onu aksept etdiyi hesab olunur.
9.3. Tərəflərin hər hansı biri digər tərəfə bildiriş göndərməklə bu Razılaşmanı birtərəfli qaydada ləğv edə bilər. Tərəflərin təqdim etdiyi və ya İstifadəçinin qeydiyyat zamanı təqdim etdiyi elektron poçt ünvanlarına bildiriş göndərilməsi onun təqdim edilməsi sayılır.
9.4. Bu Razılaşmadan irəli gələn mübahisələr Tərəflər arasında danışıqlar yolu ilə, danışıqlar nəticə vermədikdə Azərbaycan Respublikasının müvafiq məhkəmələri vasitəsi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.
9.5. Tərəflər bu Razılaşmanın, Azərbaycan Respublikasının qanunvericiliyinin və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin pozulmasına görə məsuliyyət daşıyırlar.
9.6. Tərəflər bu Razılaşmadan irəli gələn məsələlərin həlli və münasibətlərin həyata keçirilməsi ilə əlaqədar məlumatları əgər Razılaşmanın şərtlərindən və qanunvericiliyin tələblərindən ayrı qayda irəli gəlmirsə məxfi saxlamağı öhdəlik götürürlər.
10. Administrasiyanın rekvizitləri:
“Frazex” MMC
Bakı şəh., Nəsimi r-n., Bülbül pr.ev28 m54
VÖEN: 1403064411
IBAN: AZ30AZEN40090241536944100001
“Expressbank” ASC
VÖEN: 1500031691
KOD: 505099
M/h: AZ11NABZ01350100000000036944
S.W.I.F.T AZENAZ22